Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Xocavənd rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tank əleyhinə idarə olunan raket, 6 ədəd müxtəlif markalı əl qumbaraları, 2 ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyatı üzrə təhvil verilib.