4 Mart 2021 21:39
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.

Bu barədə Teleqraf.com Türkiyə KİV-lərinə istinadən məlumat verib.

Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.


Müəllif: Teleqraf.com