Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edib, içərisində 220 manat pul, bank kartı və mobil telefon olan sellofan paketi alıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Manafov saxlanılıb.