14 Mart 2021 17:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonun koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Nailə Namazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mətanət Hacıyevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Nailə Namazovanın barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər