Azərbaycanda ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Releqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklə əlaqəli 21 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.