30 Oktyabr 2014 10:52
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni cibinə baxan bu cür artistləri rədd edirəm"

Tarixçi Ədalət Tahirzadə bu yaxınlarda “Quzu” filmindəki roluna görə “Qızıl portağal” mükafatına layiq görülmüş milliyyətcə azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Əkrəm Əylisli ilə bağlı fikirlərini dərc etdiyinə görə “Azadlıq” radiosunu tənqid edib.

Teleqraf.com-un məlumatına görə, Ə.Tahirzadə “Əkrəm Əylislinin başına gələnlər bir linç kampaniyasıdır” başlığı ilə yayımlanmış yazını oxuyub əsəbiləşdiyini söyləyib: “Mən “Azadlıq” radiosunun Əkrəm Əylislini müdafiə kampaniyasını ürəkdən pisləyirəm! Azərbaycanda Əkrəmi ardıcıl müdafiə edən yeganə qurum bu radiodur, bunu da təsadüfi saymıram, çünki bu radio ABŞ-dan maliyyələşir, ABŞ isə Ermənistanın və ermənilərin mənafeyini həmişə Azərbaycandan və Azərbaycan türklərindən üstün tutub və tutmaqdadır. ABŞ indiyədək “Ermənistana işğalçı deyə bilmərik” siyasəti yürüdür. Əkrəm Əylisli isə nəinki özü linç olunmayıb, “Daş yuxular” əsərində mənim millətimin heysiyyətini ermənilərin ayağı altına atıb və onu linç edib. Bəli, ABŞ və “Azadlıq” radiosu çalışacaq ki, Əkrəm Əylisliyə hətta bu ermənipərəstliyinə görə Nobel mükafatı da verilsin. Erməni cibinə baxan bu cür artistlərin danışdırılmasını da mən xalqıma təzyiq vasitəsi sayır və qətiyyətlə rədd edirəm! Heyf o radioda çalışan gözəl qələmdaşlarıma! Onlar da maaşa görə xalqa qarşı yaramaz siyasətin quluna çevrilirlər. Təəssüf, min təəssüf!”

Kəmalə


Müəllif:

Oxşar xəbərlər