25 Aprel 2021 14:42
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunmuş C.Xəlilovun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 104 ədəd çətənə kolu aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov