Gəncədə 2 təcili yardım maşını toqquşub.
Teleqraf.com-un məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə Əziz Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı bir həkim və bir sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.