31 May 2021 01:36
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın şimalında polis helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə prezidenti İvan Duke “Twitter” hesabında yazıb.

Prezident bildirib ki, Bolivar departamentinin cənubunda Kantaqalo bölgəsində baş verən helikopter qəzasında beş polisin qəhrəmancasına həlak olmasından dərin təəssüf hissi keçirir.

Duke qəzanın başvermə səbəblərinin araşdırılacağını da qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər