14 İyun 2021 12:48
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada deyilir:

“İyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.

Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

***

12:29

Novxanı-Sumqayıt yolunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə zamanı “Range Rover” markalı avtomobilin sahibi və sürücüsü Elşad Kərbalayev həbs edilib.

Qeyd edilib ki, qəzan zamanı E.Kərbalayev sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, iyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində E.Kərbalayevin idarə etdiyi “Range Rover” markalı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.


Müəllif: Hacı Zeynalov