20 İyun 2021 01:16
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Nazim qızı Məmmədova yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Əslən Kəlbəcər rayonundan olan A.Məmmədovanın Kəlbəcər rayon 47 nömrəli tam orta məktəbin müəlliməsi olduğu bildirilir. A.Məmmədova bir neçə il öncə də intihara cəhd edib. Lakin yaxınları tərəfindən xilas edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com