Samux rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Samux rayon polis şöbəsinə iyunun 21-də İstixana qəsəbəsi ərazisində V.Əliyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən T.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əliyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.