28 İyun 2021 12:54
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol qəzaları barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 28-də saat 1 radələrində Ucar şəhəri ərazisində şəhər sakini Elçin Cəlilov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Qəbələ rayon sakini H.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə E.Cəlilov hadisə yerində ölüb, 3 sərnişini xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, iyunun 27-də saat 6 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini D.Kərimovun idarə etdiyi “VAZ-21074” və Gədəbəy rayon sakini V.Hüseynovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Nəticədə D.Kərimovun sərnişini olan qadın hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası paytaxtın Yasamal rayonunda baş verib.

İyunun 27-də saat 23 radələrində Yasamal rayonu Moskva prospektində Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən Bakı şəhər sakini Orxan Namazovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş O.Namazov ölüb.


Müəllif: Hacı Zeynalov