4 İyul 2021 22:44
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

Bu barədə Teleqraf.com-a SOCAR-dan bildiriblər.

Məlumatda əlavə olunub ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir".

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.

22:24

Bu gün axşam saatlarında Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yer alıb.

Yanğının qaz yataqlarından birində baş verdiyi bildirilir.

Faktla bağlı rəsmi açıqlama verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər