27 İyul 2021 20:42
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakinini ildırım vurub.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Şəhər sakini 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib.1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs koma vəziyyətindədir.


Müəllif: Teleqraf.com