7 Oktyabr 2021 10:30
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov