6 Noyabr 2021 20:35
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarının Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən Teleqraf.com-a məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan üç yeniyetmə müəyyənləşdirilərək saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər