Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.
Qeyd edək ki, onun 2 azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.