17 Dekabr 2021 18:04
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşını küçədə xüsusi amansızlıqla qətlə yetirən Meyxoş Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Meyxoş Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin iyulun 24-də paytaxtın Binə qəsəbəsində yeni yaşayış massivində baş verib.

Lerik rayonunun Çayrud kənd sakini Meyxoş Cəfərov qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Xatirə Fərəcovaya 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Əri Xatirəni çalışdığı gözəllik salonunun qarşısında qətlə yetirib.

Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub.

Hadisə yerindən qaçan Meyxoş Cəfərov həmin vaxt ərazidə xidmət edən Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

İstintaq orqanı tərəfindən Meyxoş Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Xatirə Fərəcova 3 uşaq anası olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər