20 Dekabr 2021 15:55
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məhkəmə sədri vəfat edib.

Teleqraf.com xəbər verir ki, Bakının Pirallahı rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dünən axşam dünyasını dəyişib.

Mahmudov Tapdıq Şükür oğlu 1961-ci ildə anadan olub və 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Tapdıq Mahmudov 1988-ci ildə 3 saylı FTŞ-də hüquq məsləhətçisi, 1988-1991-ci ildə Ordubad rayon Məhkəməsində iclas katibi, 1991-1992-ci illərdə Naxçıvan şəhər Məhkəməsində dəftərxana katibi, 1992 1993-cü illərdə Ordubad rayon Prokurorluğunda stajçı müstəntiqi, 1993-1994-cü illərdə Naxçıvan MR Prokurorluğu Məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru, 1994-1997-ci illərdə Naxçıvan MR Prokuroru yanında MTO-da qanunların və CQ-nin icrasına nəzarət üzrə böyük köməkçi, 1997-2000-ci ildə Respublika Prokurorluğu Cəzaların icrasına nəzarət idarəsinin prokuroru, 2000-2007-ci illərdə Nəsimi rayon Məhkəməsinin hakimi, 2007 - 2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri,2021--ci ildən isə Pirallahı rayon Məhkəməsinin sədri vəzifələrini icra edib.

Tapdıq Mahmudov 2010-cu ildə Hakimlərin Seçki Komitəsinin üzvü, 2018-ci ildə Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) İdarə Heyatinin sədr müavini, 2018-ci ildə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyatinin üzvü seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər