Sumqayıtda qadın meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.