Külli miqdarda vergidən yayınmaqda təqsirli bilinən iş adamı Hafiz Məmmədovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Bir neçə gün əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Hafiz Məmmədov “Bakı” futbol klubunun sabiq prezidentidir.