20 Fevral 2022 10:13
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda köhnə anbar yanıb.

Teleqraf.com Fövqəladı Hallar nazirliyinin saytına istinadən bildirir ki, Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com