25 Noyabr 2014 17:11
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı, xaricdə yaşayan Rövşən Qəmbər jurnalistlərə müraciə etdib. Mürciətdə qeyd olunur ki, Müsavatın hazırkı başqanı Arif Hacılıya bu gün göndərdiyi müraciət (http://teleqraf.com/news/32280) geniş müzakirəyə səbəb olub.

"Fikirlərimi daha da aydın izah etməyə məcburam. İndiyədək inanmışam ki, Azərbaycanın problemlərinin həllində qardaşım İsa Yunısoğlu çox böyük imkanlara malik olduğuna görə Azərbaycanda ən çox sevdiyim vətəndaş odur. Lakin mənim çoxsaylı suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa Qəmbər özündən küssün...

Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan, haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından 2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan kimlərə Müsavat Partiyasının Yüzilliyi münasibətilə fəxri fərmanın verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də fəxri fərmanla təltif olunmazdım!!

Qubad İbadoğlunu dəstəklədiyim üçün və 8-ci qurultayda on dəqiqəlik çıxışımı istəmədikləri üçün və əsasən bu niyyətlə başqanlığa namizədliyim haqda ərizəmə 17.09.2014 tarixində inboksuma yazılan kiçik məktubu Rəsulzadənin Davamçılarına layiq saymıram!! Bu sualın aydınlaşmasına çalışan Arif bəyə Skaypla vəya WhatsApp ilə istənilən vaxtlarda incəliklərinə qədər əsaslandırılmış izahat verməyə hazıram!! Yetər ki, Azərbaycanın problemlərinin həllinə çalışan ən böyük müxalifət partiyasının inkişafında sosial qrupların mənafeyinə deyil, Müsavat Partiyasının, Qarabağın, Azərbaycanın və haqq-ədalətin tərəfdarlarının mənafeyinə uyğun fəaliyyətimizi daha intensiv davam etdirək və Ukraynadakı prosesləri nəzərə alaraq çox qüdrətli demokratik hüquqi dövlətimizin qurulmasına Azərbaycanda nail olaq".

Müsavat Partiyasının bu günkü rəhbərliyindən xahiş edirəm ki, mənim partiyadakı qeyri-müəyyən statusuma son qoyulsun, 1995-ci ildə Müsavat Partiyasına birləşmiş Azərbaycan Ana Torpaq Partiyasının sədri olduğumu, 28 May 1992 tarixində AATP-də təşəbbüs etdiyim rüşvətsiz tələbə qəbuluna yol açan test üsulu adlanan islahatın əsas səbəbkarlarından biri olduğum üçün məni Müsavat Partiyasının üzvlüyünə yenidən qəbul edəsiniz və ya bərpa edəsiniz".

Ayxan


Müəllif: