10 May 2022 09:54
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonun Mücühəftəran kəndində yerləşən evlərin birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Polis şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat pulunun oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər