Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov prokurorluğundan Teleqraf.com-a bildirilib ki, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.