19 May 2022 12:22
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər