23 May 2022 14:25
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayon polis şöbəsinə mayın 21-də Əhmədbəyli kəndi ərazisindən kənd sakini Ə.Nəsirova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Nizam İsmayılov saxlanılıb.

Onun İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov