24 Avqust 2022 15:25
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.


Müəllif: Mənbə/Report