16 Sentyabr 2022 12:04
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunaraq saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ağsu şəhər sakini Vidadi Qədimov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı saxlanılan şəxsin psixotrop maddəni 30 manat müqabilində Sadiq adlı şəxsdən aldığı məlum olub.

Davam etdirilən tədbirlərlə Sadiq Yolçuyev də tutularaq istintaqa təhvil verilib. Onun yaşadığı ünvandan isə metamfetamin aşkarlanıb.

Keçirilən növbəti əməliyyat zamanı isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Xəyyam Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov