25 Noyabr 2022 12:04
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun idarə etdiyi “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov