29 Noyabr 2022 09:58
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində obyektdə yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 2000 m² olan polietilen istehsalı sexinin sahəsi 200 m² olan bir bölümündə taxta atmalar 20 m² sahədə, 1 ədəd əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com