29 Noyabr 2022 11:45
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun “Koroğlu” stansiyasında qadına qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, Metropolitendə polis şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov