Bakının Xəzər rayonunda yaşayış evinə basqın nəticəsində qətlə yetirilən qadın da ölüb.
Teleqraf.com-un xəbərinə görə, rayonun Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün müalicə aldığı tibb müəssisəində dünyasını dəyişib.
Qeyd olunur ki, bununla da evə basqında ölənlərin sayı 3 nəfərə çatıb.
Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov həmin gün tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,1201-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Istintaq aparılır.