Sağlamlığı zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ, Suraxanı, Sabunçu rayonlarında keçirdikləri tədbirlərlə müxtəlif çeşidlərdə 14000 artıq yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilib.
Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.