3 Yanvar 2023 10:37
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs özünü boğaraq həyatına qəsd edib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, məhkum özünü şalvarının lifindən hazırladığı iplə boğub.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib.

İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib. Faktla bağlı prokurorluqda araşdırma aparılır.


Müəllif: Teleqraf.com