Suraxanı rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.