Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.