10 Mart 2023 11:08
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucovanın ötən il dekabrın 7-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon prokurorluğundan bildirilib.

İbtidai istintaqla Mahəddin Atakişiyevin aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək qəsdən onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mahəddin Atakişiyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər