15 Mart 2023 00:13
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Torpaq Çərşənbəsi ilə əlaqədar hadisələr nəticəsində xəsarət alanların sayı 1487 nəfərə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər deyib.

Onun sözlərinə görə, 21 fevraldan bu gün saat 22:00-dək xəsarət alanların sayı 1860 nəfərdir. Ümumilikdə indiyədək 19 nəfər ölüb.

Miadfər deyib ki, 287 nəfər xəstaxanalara yerləşdirilib, 126 nəfərin bədən üzvü amputasiya edilib, 546 nəfər gözündən, 479 nəfər yanıq xəsarəti alıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər