1 May 2023 20:39
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəsdən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda bildirilib.

“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər