4 May 2023 12:01
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov