Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.