21 May 2023 11:13
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Aşağı Kürkənd kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com