8 İyun 2023 16:44
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı rayin Polis İdarəsinin 33-cü polis bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.


Müəllif: Hacı Zeynalov