7 Yanvar 2015 13:44
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2014-cü il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qalıb”.

Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, il ərzində xalqımızın daha yaxşı yaşamasına yönələn dövlət siyasəti yürüdülüb. Onun sözlərinə görə, ölkəmizin beynəlxalq mövqeləri güclənməsi istiqamətində də ciddi nəticələr əldə olunub.

“Prezident İlham Əliyev xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda iştirakı zamanı apardığı danışıqları ilə daim milli maraqlarımızı müdafiə edib. Bu da milli həmrəyliyimizin daha da möhkəmlənməsi baxımından mühüm amildir. Bir neçə dövlətin rəhbəri Azərbaycanda olub. Ötən il Bakı şəhərində bir sıra çox böyük beynəlxalq tədbirlərin keçirilməsi ilə də əlamətdar oldu. Eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu daha da artdı, nəhəng layihələrin əsası qoyuldu” – deyə, M.Qasımlı qeyd edib.

Səxavət


Müəllif: