Tovuzda 11 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Hunanlar, Əyyublu, Əlimərdanlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 10 ton 633 kiloqram olan, 8414 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.