20 İyul 2023 10:00
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran sakininin həyətindən narkotik vasitə və çətənə kolları aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Lənkəran şəhər rayon polis şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Müqəddəs Qəmbərov saxlanılıb.

Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı M.Qəmbərovun yaşadığı evin həyətindəki yarımçıq tikilidən kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkarlanıb.

Qeyd edək ki, polis əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov