12 Yanvar 2015 15:22
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün ən başlıca məsələdir. Münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl siyasət davam etdirilir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, hücum xarakterli diplomatiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Onun sözlərinə görə, bununla belə, artıq illərdir, Ermənistan özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh danışıqları vasitəsilə həllinə maneçilik törədir: “Məhz bunun nəticəsidir ki, problemin həlli istiqamətində zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da gündəmə gəlir. Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini qeyd edir. Bununla yanaşı, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda digər variantlardan da istifadə etməyə hazırdır. Bu gün Cənubi Qafqaz regionunun ən güclü ordusu məhz Azərbaycan Silahlı Qüvvələridir və ordumuz torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır”.

Səxavət


Müəllif: