Xocavənd rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.